10 iyl 2023 11:24
Ukraynanın NATO-ya üzvlüyünü müzakirə etmək üçün Ukrayna-Rusiya müharibəsi bitməlidir.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden deyib. O bildirib ki, NATO üzvləri arasında Ukraynanın hərbi alyansa qoşulması üçün konsensus yoxdur. Baydenin sözlərinə görə, müharibə vaxtı Ukraynanın NATO-ya üzvlüyü barədə danışıqlar aparılmır.
“Biz (NATO) Rusiya ilə müharibə etmirik. Rusiya-Ukrayna müharibəsi zamanı Ukraynanın NATO-ya daxil olacağı təqdirdə hərbi alyans da müharibəyə qoşulmalı olacaq” - Bayden deyib.