METBUAT.AZ

Sosial

Bu il 138 min vətəndaşlıq vəziyyəti aktı

6 iyl 2023 18:45

Ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində 2.5 milyona yaxın notariat hərəkəti aparılıb.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, bu barədə nazirliyin kollegiya iclasında bildirilib.

Məlumata görə, iclasda 138 mindən çox vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatına alındığı bildirilib. Bu əməliyyatlarla ümumilikdə 6.6 milyon manat vəsaitin, daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 20% çox – 29 milyon manata yaxın sadələşdirilmiş verginin dövlət büdcəsinə köçürüldüyü vurğulanıb.

O da qeyd olunub ki, cari ildə əhaliyə göstərilən elektron ədliyyə xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər görülüb, vətəndaş məmnunluğu doğuran “Mobil notariat” tətbiqi istifadəçilərinin sayı 33% çoxalaraq 600 minə çatıb.


metbuat.az.