METBUAT.AZ

Ölkə

Bu il Azərbaycanda tikilib istifadəyə verilmiş mənzillərin sayı

4 iyl 2023 15:30

2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda ümumi sahəsi 412 min 352 kvadrat metr olan 3743 ədəd yaşayış evi tikilib istifadəyə verilib.

Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, illik müqayisədə tikilən evlərin sayı 32.8% artıb. Belə ki, 2022-ci ilin ilk 3 ayında ümumi sahəsi 369 min kvadrat metr olan 2819 ədəd yaşayış evi tikilib istifadəyə verilmişdi.

Qeyd edək ki, bu mənzillərin 2716 ədədi əhali tərəfindən, 897 ədədi qeyri-dövlət müəssələri tərəfindən, 530 ədədi isə dövlət müəssələri tərəfindən tikilib istifadəyə verilib.

Əlavə edək ki, hesabat dövründə 1536 şagirdlik 1 ümumi təhsil müəssisəsi istifadəyə verilib.


metbuat.az.