5 iyl 2023 20:11
2023-cü ilin I yarısında elmi dərəcə və elmi adlar verilmiş, yaxud verilməsindən imtina edilmiş, xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi ad haqqında sənədləri tanınan və ya tanınmasından imtina edilən iddiaçıların sayı açıqlanıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından bildirilib ki, cari ilin birinci yarısında 319 nəfərə fəlsəfə doktoru, 65 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 177 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 23 nəfərə imtina cavabı gəlib.
Həmçinin 102 nəfərə dosent, 26 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 31 nəfərə, professor elmi adı almaq istəyən 7 nəfərə imtina verilib.
Nostrifikasiya və təkrar attestasiyadan keçən 16 nəfərə fəlsəfə doktoru, 1 nəfərə elmlər doktoru, 1 nəfərə professor adı verilib. Fəlsəfə doktoru adı almaq istəyən 2 nəfərə, elmlər doktoru adı almaq istəyən 3 nəfərə isə imtina cavabı verilib.