16 iyl 2023 14:31
ABŞ-nin Alyaska ştatında 7,4 bal gücündə zəlzələ baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri Sand-Point şəhərindən 97 kilometr cənubda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.