9 iyl 2023 11:43
Peşə bayramımız münasibətilə ölkəmizin mənafeyinin keşiyində duran həmkarlarımızı təbrik edirəm.
Metbuat.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tvitterdə yazıb.
“Bu gün, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yaradılmasından 104 il ötür.
Peşə bayramımız münasibətilə ölkəmizin və xalqımızın mənafeyinin keşiyində duran həmkarlarımızı səmimi qəlbdən təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram.
Bayramınız mübarək!”, – o qeyd edib.