METBUAT.AZ

Hadisə

Çimərlikdə oğurluq edən şəxs

17 iyl 2023 11:34

Çimərlikdə oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 14-də Şıx qəsəbəsi ərazisindəki çimərlikdə bir nəfərin içərisində 950 manatı, bank kartları və sənədi olan cüzdanını oğurlamaqda şübhəli bilinən Astara rayon sakini Kamil Zahidov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


metbuat.az.