METBUAT.AZ

Qarabağ

Daha bir neçə ailə Laçına

28 iyl 2023 09:05

Daha bir neçə ailə Laçına yola salınıb.

Metbuat.az xəbər verir ki, bu gün daha 56 nəfərdən ibarət 16 ailə doğma yurduna geri dönür.

Köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Laçın şəhərində 168 ailə, yəni 647 nəfərin daimi məskunlaşması təmin edilib.


metbuat.az.