METBUAT.AZ

Dünya

Danimarka Qurani Kərimlə bağlı hərəkətə keçdi

31 iyl 2023 11:52

Danimarka Qurani-Kərimin yandırılması ilə bağlı təxribatların qarşısını almaq üçün tədbirləri nəzərdən keçirir.

Metbuat.az xəbər verir ki, bu barədə Danimarka hökuməti məlumat verib. Bildirilir ki, ölkədə Qurani Kərimə qarşı edilən hücumlar digər xarici ölkələrdə təhqir və reaksiyalara səbəb olmaqla yanaşı eyni zamanda Danimarkaya zərər verir.

Bəyanatda qeyd edilir ki, 15 ölkə Qurani Kərimin yandırılmasına görə Danimarkanı qınayıb. Açıqlamaya görə, Danimarka hökuməti mədəniyyətlərin və dinlərin alçaldıldığı davranışların qarşısını almaq üçün müdaxilə imkanlarını araşdırır.


metbuat.az.