METBUAT.AZ

İdman

De Byazi Mutunun "Neftçi"yə baş məşqçi təyin olunmasına münasibət bildirdi

14 iyl 2023 23:45

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Adrian Mutunun "Neftçi"yə baş məşqçi təyin olunmasına münasibət bildirib.

Metbuat.az-ın məlumatına görə, italiyalı mütəxəssis bu barədə ölkəsinin radiolarından birinə açıqlama verib.

"Mutu vacib kontekstdə işləmək üçün şərait tapdı. Çünki "Neftçi" Azərbaycanın ikinci komandasıdır", - 67 yaşlı çalışdırıcı deyib.

Qeyd edək ki, "Neftçi" Adrian Mutu ilə 2 illik müqavilə imzalayıb.


metbuat.az.