METBUAT.AZ

Ölkə

Direktorların işə qəbulu üzrə nəticələr

19 iyl 2023 17:35

Direktorların işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb.

Elm və Təhsil Nazirliyindən Metbuat.az-a verilən xəbərə görə, cari il iyulun 6-da keçirilən imtahanların nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Qeyd edək ki, müsabiqə üzrə imtahanda 1 524 nəfər iştirak edib. Test imtahanında sualların 50 faizini düzgün cavablandıran 716 namizəd esse mərhələsində iştirak hüququ qazanıb.


metbuat.az.