METBUAT.AZ

Gündəm

"Dünənki təkanın heç bir qorxusu yox idi" -

4 iyl 2023 11:28

"Təkanın baş berməsi 10 saniyədən artıq olsa da, çox qorxulu vəziyyət yaranmayıb. Əhalidə təşviş oyanmışdı. Sosial şəbəkələrdə gedən şayiələri inanmayın. Ancaq rəsmi qurumların məlumatları izləyin"

Metbuat.az bildirir ki, bu sözləri mətbuat konfransında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib:

"Azərbaycan zəlzələ bölgəsində yerləşir. Dünənki təkanın heç bir qorxusu yox idi. Xəzərdə olan zəlzələlər dərində yerləşir. Ona görə yaşayış yerlərində çox zərər yetirə bilməz. Ona görə yatın, evinizdə dincəlin. Gecə baş berən zəlzələdən sonra afterşoklar güclü ola bilməz. Əsas enerji 10 saniyədə yayılıb. Səhərə yaxın təkanlar olub. Amma, hiss olunmayıb.

Zəlzələnin qısa müddətli proqnozu var. Axşamki zəlzələ 10 saniyədən artıq olub. Çox şayiələr yayılır ki, Azərbaycanda zəlzələ gözlənilir. Kim deyir ki, olmayacaq. Azərbaycan seysmik zonada yerləşir. Zəlzələnin vaxt söhbəti yoxdur. O proses anidən baş verir".


metbuat.az.