20 iyl 2023 15:59
Alimlər iqlim dəyişikliyi, epidemiya, ekoloji fəlakət və robotların üsyanı kimi səbəblərdən Yerdə həyatın sonlanacağını hesab edirlər.
Metbuat.az bildirir ki, mütəxəssislər bu halda hansı ölkələrda yaşamın davam edəcəyini araşdırıblar. "Sustainability” jurnalında yayımlanan məqalədə qeyd edilir ki, Yeni Zelandiyada qurulan sığınacaqlar hər hansı bir fəlakət zamanı ən təhlükəsiz yer olacaqlar.
Siyahıda həmçinin İslandiya, İrlandiya və Avstraliya kimi ölkələr də yer alıb.