METBUAT.AZ

Ölkə

Düşünürlər ki, maşınları bahalıdırsa, qayda poza bilərlər -

19 iyl 2023 15:10

Məlum olduğu kimi, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr artırılır. Bu, nəqliyyatda sərxoşluq, sürcülük hüququ, yolda hərəkət pozuntuları ilə qayda pozuntuları ilə bağlıdır.

Həmçinin oxuyun: Bu qayda pozuntularına görə cərimələr ARTDI - 300 manat cərimə, həbs...

Cərimələrin artması ilə yol-nəqliyyat hadisələrinin qarşısı alıa bilərmi?

Metbuat.az-a danışan nəqliyya eksperti Elməddin Muradlı bildirib ki, cərimələrin artırılması çıxış yolu deyil:

"Qəzaların hamısı təkcə paytaxtda baş vermir, yəni respublikanın bütün ərazilərində qəzalar olur. Çox təəssüflər olsun ki, bunların da bir qismi paytaxtın payına düşür. Ümumilikdə, respublika əhəmiyyətli yollarda da ağır qəzalar baş verir ki, burada sürət öz sözünü deyir. Qarşı yola çıxmaqla, ötmə, manevr qaydalarının pozulması, təhlükəsizlik kəmərini bağlamayan, mobil telefona başı qarışan sürücülərin törətdiyi xətalar var ki, ağır qəzalara səbəb olur. Cərimələrin artırılması vəziyyətdən tam olaraq çıxış yolu deyil, lakin müəyyən qədər təsir göstərəcək. Bəzi insanlar özünü yığışdıracaq, amma o cərimələrin tətbiqi əsas mövzudur. Tam və hamıya tətbiq olunacaqmı? Nəzarət mexanizmi necə qurulacaq? İş necə görüləcək? Bu, önəmlidir".

Onun sözlərinə görə, burada sürücülərin də üstünə məsuliyyət düşür. Sürücülərin bir qismə cərimədən narahat olmur və qayda pozuntularına yol verir:

"İndi bəzi sürücülər var ki, onların düşüncə tərzində çox böyük problemlər var. Yəni adamlar elə düşünür ki, onların maşını bahalıdırsa, pulları çoxdursa, onlar qayda poza bilərlər. Hətta bunu artıq son vaxtlar sosial şəbəkələrdə açıq- aşkar şəkildə ifadə edən insanların olduğunu görürük. Bunu açıq şəkildə ifadə edirlər ki, qayda pozuram, pulum var, cəriməni ödəyəcəm, burada elə bir qəbahətli bir şey yoxdur. Amma bir çox inkişaf etmiş ölkələrdə belə düşüncədə olan insanları psixoloji maneəyə göndərirlər, həkim yanına göndərirlər. Yəni bu cür düşüncədə olan insanlar potensial təhlükə mənbəyidir. Bu adam vaxtsa qəza törədəcək, ya özü öləcək, ya kimisə öldürəcək. Ona görə belə insanlarla başqa cür mübarizə aparırlar, onları tibbi maneəyə, psixoloji maneəyə göndərirlər onlar da cəmiyyət qarşısında öz öhdəliklərini dərk edib belə xətalara yol vermirlər. Çünki bilirlər ki, əgər yenə belə hal baş versə, onlar növbəti dəfə ağır cəzalarla qarşılaşacaqlar. Yəni əvvəlkindən daha ağır müayinələr, yoxlamalar aparılacaq, ömürlük sürücü hüququndan məhrum etmə riski yaranacaq. Bizdə isə belə deyil. Yəni bəzi insanlar pulla bir çox məsələlərin həll edilə biləcəyini düşünür bunu da edirlər. Bu baxımdan düşünürəm ki, cərimələr artırmaq tək çıxış yolu deyil olmayacaq".

Gülər Seymurqızı


metbuat.az.