5 iyl 2023 11:31
Dünən türkiyəli məşhur müğənni Ebru Gündeş Şəmkirdə toyda iştirak edib.
Metbuat.az xəbər verir ki, toy rayonun Şiştəpə kəndində baş tutub.
Tanınmış iş adamı Aydın Musayev oğlu Raminin 3 övladına kiçik toy edib. İş adamının nəvələrindən biri onun atası Paşa kişinin adını daşıyır. Digərlərinin adı isə Tuncay və Altundur.
Toyda Azərbaycan estradasının tanınmış ulduzları, Xalq artisi Röya Ayxan da çıxış ediblər. Mərasimi tanınmış aparıcı Leyla Quliyeva idarə edib.
Xatırladaq ki, Aydın Musayevin Rusiyada iri ticarət mərkəzləri və biznesləri var. Onun Şəmkir rayonunda xeyriyyəçiliklə də məşğul olduğu bildirilir. O, biznes aləmində Məmməd və Axmed ləqəbləri ilə tanınır.
Məlumat üçün bildirək ki, bir neçə il öncə tanınmış iş adamının qardaşı Bayram Musayev öz oğlunun toyuna Türkiyəli məşhur müğənni Mustafa Cecelini gətirmişdi.