20 iyl 2023 10:12
Gündəlik həyatda yaşanan problemlərdən qaçmaq üçün əksər insanlar yatmağı seçirlər. Lakin problemləri yox saymaq və onlardan yayınmaq üçün yatmağa çalışmaq çıxış yolu deyil.
Metbuat.az bildirir ki, bununla bağlı tanınmış türk psixoloq Kaan Üçyıldız danışıb. Onun sözlərinə görə, insan əhvalı olmadığı zaman yatdığında beyin dincəlsə də, oyandığında mənfi düşüncələr qaldığı yerdən davam edir:
"Bu düşüncələr sizi daha çox düşünməyə vadar edəcək. Yataraq o problemlərdən uzaqlaşdığınızı düşünsəniz də, bu belə deyil. Araşdırmalar göstərir ki, yuxu yaşam təcrübələrinin zehində yuva salmasına şərait yaradır. Qısası, yatmaq əhvalınızı dəyişməz, əksinə daha da pis olmağınıza səbəb ola bilər".