METBUAT.AZ

Ölkə

Eldar Mikayılov vəfat etdi -

7 iyl 2023 13:43

Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi, Vəkillər Kollegiyasının üzvü Eldar Mikayılov vəfat edib.

Bu barədə Metbuat.az-a Kollegiyadan məlumat verilib.

Bildirilib ki, sabiq hakim ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, E.Mikayılov uzun illər Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub və 2021-ci ilin sonunda təqaüdə göndərilib. Daha sonra o, Vəkillər Kollegiyasına üzv seçilib.


metbuat.az.