28 iyl 2023 10:23
Nazirlər Kabineti 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda dəyişiklik edilməsi haqqında" Qərar qəbul edib.
Metbuat.az xəbər verir ki, Əmək və Əhalinin Nazirliyindən verilən məlumata görə, həmin qərarda əlilliyə əsas verən meyarların sayı artırılaraq 563-dən 590-a çatdırılır.
Dəyişikliklərə əsasən bir sıra meyarlar üzrə orqanizmin funksiyalarının pozulması faizi artırılıb, bir sıra meyarlar üzrə orqanizmin funksiyalarının pozulması müddəti artırılıb və ya "müddətsiz" olaraq qeyd olunub.
Həmçinin 18 yaşadək birinci tip şəkər xəstəsi uşaqlarda ağırlaşmalarla bağlı tələb, əqli geriliyi olan 8 yaşadək uşaqlarda IQ test tələbi aradan qaldırılıb.
Xromosom anomaliyalı xəstəliklər üzrə orqanizmin funksiyalarının pozulma faizinin minimum həddi artırılaraq 65% və daha yüksək olaraq müəyyənləşdirilib.