5 iyl 2023 17:00
Əməkdar artisit Elza Seyidacahanın Azərbaycajn Yazıçılar Birliyinə üzv seçilməsi cəmiyyət müxtəlif fikirlərə səbəb olub. Belə ki, bir çoxları Elza Seyidacahanın üzv seçilməsini dəstəkləmir.
Metbuat.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şair Mürvət Qədimoğlu bu qərardan sonra AYB-dən ayrılmaq qərarını aldığını bildirib. Bu məqsədlə o, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevə ərizə yazıb:
"Yazıb sizdən xahiş edirəm ki, Elza Seyidacahanın üzv olduğu Yazarlar Birliyində qalmağı özümə, Azərbaycan ədəbiyyatına və Azərbaycan oxucusuna təhqir hesab etdiyimdən məni AYB-nin üzvlüyündən azad edəsiniz".
Bundan sonra isə o Birliyin sədri Anar Rzayeva və AYB-nin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayevə müraciət edərək Elza Seyidcahanın üzvlüyə qəbul olunması ilə bağlı zəmanət verən 3 nəfərin adının kimliyini açıqlanılmasını istəyib.