30 iyl 2023 09:14
Azərbaycan yığmasının hücumçusu Mahir Emreli çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda mövsümdə ilk qolunu vurub.
Metbuat.az xəbər verir ki, o, komandasının səfərdə “İstra”ya qarşı keçirdiyi qarşılaşmanın 57-ci dəqiqəsində fərqlənib.
Emreli hesabı 2:0 edib. Bundan başqa forvard matçın 6-cı dəqiqəsində vurulan ilk qolun da ötürməsini verib.
Oyun “Dinamo”nun 3:0 hesablı qələbəsi ilə başa çatıb.