METBUAT.AZ

Siyasət

Ərdoğan Ceyhun Bayramovla görüşəcək

31 iyl 2023 10:28

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edəcək.

Metbuat.az xəbər verir ki, məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb. Görüş dövlət başçısının iqamətgahında keçiriləcək.

Bundan başqa, səfər çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərin keçirilməsi nəzərdə tutulur.


metbuat.az.