31 iyl 2023 10:19
Tanınmış erməni fəal və bloqçu İşxan Verdyan teleqram kanalında Ermənistan ictimaiyyətinin azərbaycanlılara qarşı soyqırımı törətmiş Vaqif Xaçaturyanın saxlanılmasına reaksiya verib.
Metbuat.az xəbər verir ki, İşxan Verdyan yazıb ki, Vaqif Xaçaturyanın Azərbaycan sərhədçiləri tərəfindən saxlanılmasını "oğurluq” kimi təqdim etmək Ermənistan ictimaiyyətinin Bakının legitim addımlarını qəbul etmək istəməməsindən irəli gəlir:
"Azərbaycan ermənilərin anlayışında kainatdan ayrı mövcuddur və əgər bir gün bütün azərbaycanlılar dəhşətli əzab içində ölsələr, həmin gün ermənilər üçün ən xoşbəxt gün olacaq. Şiddətli kin və reallıq hissini itirilməsi... Sual yaranır: Niyə azərbaycanlıların belə qonşulara yazığı gəlməlidir? Niyə onlarla sülh bağlamaq istəsinlər ki? Niyə öz ölkəsində onlara dözməlidirlər ki? Hansı xidmətlərinə görə? Özümdən iyrənirəm. Hansı xalqın nümayəndəsi olduğumu düşünəndə özümə nifrət edirəm. Kaş türk olaydım, bir qıraqda oturub bu mənzərəyə güləydim. Artıq xalqımı bürümüş dəliliyə baxa bilmirəm”.