29 iyl 2023 09:29
Ermənistanda Müdafiə Nazirliyinin əməkdaşı 6 milyon dram rüşvət alıb.
Metbuat.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, Ermənistan vətəndaşı A.Q. Hərbi Xidmətə Çağırış və Səfərbərlik Qərargahı Xidmətinin səfərbərlik şöbəsinin rəisi S.A ilə 2023-cü ilin yayında həqiqi hərbi xidmətə gedəcək oğlunun müəyyən vəsait qarşılığında xidmətə yararsız kimi göstərməsi üçün razılığa gəlib.
Bunun müqabilində məmur vətəndaşdan 2023-cü ilin aprelində aldığı 6 milyon dram rüşvət tələb edib.
İyulun 27-də çağırışçının atası və məmur saxlanılıb. Vəzifəli şəxs barəsində həbs-qətimkan tədbiri seçilib, rüşvət verən şəxs ev dustaqlığına göndərilib.
İstintaq davam edir.