17 iyl 2023 15:36
Fransanın “Lens” klubu "Fənərbaxça"nın hücumçusu Mişi Batşuayini transfer etməyə çalışır.
Metbuat.az xəbər verir ki, “Lens” klubu ilə belçikalı futbolçu arasında danışıqların başladığı iddia edilir. Fransa mətbuatının məlumatına görə, hücumçu Lois Opendanı “Leypsiq”ə satan “Lens” boşluğu Mişi Batşuayi ilə dodlurmaq istəyir. "Fənərbaxça" ilə 1+1 illik müqaviləsi olan Batşuayinin satış qiymətinin 10 milyon avro civarında olduğu bildirilib. Məlumata görə, “Fənərbaxça" Vilfried Zaha ilə danışıqlar aparır. Bildirilir ki, bu transfer reallaşarsa, Mişi Batşuayinin gedişi asan olacaq.
Qeyd edək ki, 29 yaşlı Mişi Batşuayi ötən mövsüm 32 rəsmi matçda "Fənərbaxça" formasını geyinib və o, 20 qol vurub və 2 məhsuldar ötürmə edib.