25 iyl 2023 14:56
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Fənərbaxça" "Marsel"də çıxış edən türk ulduz Cengiz Önderi transfer etmək üçün hərəkətə keçib.
Metbuat.az “Goal.com”a istinadən xəbər verir ki, "Fənərbaxça" həm futbolçunun özü həm də klubu ilə danışıqlar aparır. Milli futbolçunun təklifə nə cavab verəcəyi hələlik maraq doğursa da, təmasların davam etdiyi bildirilir. İddia edilir ki, Cengiz Ünder yaxşı təklifin olacağı təqdirdə Türkiyədə futbol oynamaqda maraqlıdır.
Qeyd edək ki, 26 yaşlı Cengiz Ünder ötən mövsüm "Marsel"in heyətində 46 rəsmi matçda 5 qol vurub və 6 məhsuldar ötürmə edib.