METBUAT.AZ

İdman

“Fənərbaxça”ya növbəti fantastik təklif:

17 iyl 2023 11:40

Çempionluq hədəfi ilə Super Liqada yeni mövsümə hazırlaşan “Fənərbaxça” klubunun daha bir futbolçusuna böyük məbləğdə təklif gəlib.

Metbuat.az xəbər verir ki, İtaliyanın “İnter” klubu “Ferdi Kadıoğluna təklif göndərib. İtaliya mətbuatının xəbərinə görə, “İnter” futbolçu üçün 17,5 milyon təklif edib. İddialara görə, “Fənərbaxça” klubu Ferdi üçün 20 milyon avro tələb edir. Ötən mövsüm "Fənərbağça"nın heyətində 48 rəsmi oyuna çıxan 23 yaşlı futbolçu 4 qol vurub, 5 məhsuldar ötürmə edib.

Qeyd edək ki, bundan əvvəl “Fənərbaxça” Arda Güləri “Real Madrid”ə 20+10 milyon avro bonus şərtləri ilə satıb.


metbuat.az.