METBUAT.AZ

İdman

Fərid Qayıbov İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidentini

25 iyl 2023 16:14

Gənclər və idman naziri Fərid Qayıbov İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhanı qəbul edib.

Metbuat.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, qonağı salamlayan nazir onu növbəti dəfə Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.

Görüşdə təşkilatla ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib və gənclər siyasəti mövzusunda fikir mübadiləsi aparılıb.

Taha Ayhan səmimi qəbula görə minnətdarlıq edib.


metbuat.az.