METBUAT.AZ

Dünya

Fətullah Gülənin qardaşı oğlu saxlandı -

14 iyl 2023 09:06

Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları Fətullahçı terror təşkilatının (FETÖ) lideri Fətullah Gülənin qardaşı Məsih Gülənin oğlu Selman Gülən saxlanılıb.

Metbuat.az “TRT Haber”a istinadən xəbər verir ki, S. Gülən 1 ilə yaxındır ki, sözügedən evdə gizlənərək təşkilatın yuxarı rəhbərliyində olan şəxslərlə təmasda olub.

Şübhəli şəxslər ölkənin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən saxlanılıb.



metbuat.az.