METBUAT.AZ

Ölkə

Firəngiz Əbdüləziz beynəlxalq layihədə ulduzu parlayanlardan oldu

24 iyl 2023 16:06

Müasir insanın həyatında informasiya texnologiyalarının rolu danılmazdır. Sosial medianın önəmli hissəsi kimi sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsidir. Sosial şəbəkələrin son trendləri arasında bloqlar önəmli yer tutur. Xüsusilə səyahət və ya əyləncə sektorundan bloq yaradırsınızsa, daha yaradıcı olmalısınız. Çünki müasir insan vaxtının çox hissəsini sosial şəbəkələrdə keçirir. “Çox gəzən yoxsa çox oxuyan daha çox bilər?” sualının müasir cavabı: “çox izləyən çox bilər”. Sosial media platformalarında ön plana çıxanvə altı yüz mindən çox izləyicisi olan tələbatlı səyahət blogerlərindən biri də Firəngiz Əbdüləzizdir.

O, uğurlu səyahət blogeri, eyni zamanda “Selfie Travel” turizm şirkətinin baş satış meneceridir. Ölkəmizin tanınmış səyahət blogeri Firəngiz Əbdüləziz bu günə qədər dünyanın onlarla ölkəsinə səyahət edib. Onun səyahət etdiyi ölkələrdən olan görüntüləri sosial media izləyiciləri tərəfindən böyük rəğbətlə qarşılanır.

Öz işini böyük zövqlə həyata keçirən gənc blogger, qısa zaman öncəAmerikaya səyahət edib, bu ölkənin tarixi və coğrafi məkanları haqda maarifləndirici bloqlar hazırlamışdır. O, Ağ Evin qarşısında insanlar arasında Azərbaycanla bağlı sorğu keçirib, milli təamlarımızdan olan Azərbaycan paxlavasını xaricilərə təqdim etmiş və onun istəyi ilə amerikalı musiqiçilər Azərbaycan himnini səsləndirmişdir. İlk dəfə Londanda gerçəkləşən bu layihə daha çox dünyanın önəmli meqapolislərində həyata keçirilir və Azərbaycanın dünyaya tanıtımı xarakterini daşıyır.

Son olaraq qədim dünyanın mədəniyyət mərkəzi olan Yunanıstana səfər edən Firəngiz Əbdüləziz, 2 iyul 2023-cü il tarixində Bakıda baş tutan beynəlxalq “Global Golden People Awards 2023” mükafatlandırma mərasimində

“The Successful Travel Blogger of the Year”nominasiyasına layiq görülüb.


metbuat.az.