METBUAT.AZ

Dünya

​Fransa sosial media platformalarına məhdudiyyətlər tətbiq etdi

6 iyl 2023 16:55

Fransa hakimiyyəti sosial media platformalarına bəzi məhdudiyyətlər tətbiq etdiyini etiraf edib.

Metbuat.az xəbər verir ki, bu barədə hökumət sözçüsü Olivier Veran Fransanın LCI televiziyasına açıqlamasında bildirib. Onun sözlərinə görə, onlardan biri nümayişçilərin bir-birlərini harada olduqları barədə məlumatlandırmaq üçün istifadə etdikləri “SnapChat” platforması ilə inteqrasiya olunmuş “Snap Map” tətbiqidir. Bu proqramın tərtibatçısının Fransız startapı olduğunu deyən Veran bildirib ki, hökumət buna biganə qala bilməz.

Qeyd edək ki, tvitterin sahibi İlon Maskın Paris rəhbərliyinin tələbi ilə Fransada nümayişlərin pik saatlarında dünya üzrə platformaya bəzi məhdudiyyətlər qoyduğu iddia edilib.


metbuat.az.