5 iyl 2023 11:34
Fransada internetə giriş aksiyalar səbəbilə dayandırıla bilər.
Metbuat.az xəbər verir ki, bu barədə Prezident Emmanuel Makron açıqlama verib. O bildirib ki, qurumlar sabitliyin bərpa edilməsi üçün daha qəti qərarlar qəbul etməlidir. O rəsmi dairələri sosial media şəbəkələrinə diqqət ayırmağa çağırıb.
"Biz diqqətimizi sosial media şəbəkələrindəki qadağalara cəmləməliyik. İşlər nəzarətdən çıxdıqda, sosial media şəbəkələrinə girişi tənzimləmək və ya kəsmək vəziyyətində olmalıyıq" - Makron deyib.
Fransanın daxili işlər naziri Gerald Darmanin isə nümayişlər zamanı saxlanılan 4000 nəfərin 10 faizindən azının əcnəbi olduğunu bildirib.