17 iyl 2023 12:42
MİQ imtahanları ilə bağlı hər il müəyyən fənlər üzrə müəllimlərin etirazını görürük. Bu il Azəbryanca dili və bəzi fənlərlə bağlı etirazlar var. Namizədlərin gətirdiyi əsas səbəb odur ki, elan olunan çərçivədən kənar suallar və ya mövzular düşür. Nəticə etibarilə onlar həmin sualları yaza bilmirlər və ya sualların həcmi böyük olduğu üçün vaxtı çatdıra bilmirlər.
Bütün bunlar hamısı müvafiq qurum tərəfindən xüsusi irad kimi qeyd olunmalı və gələcək illərdə tətbiq olunmamalıdır.
MİQ imtahanları lazımlıdır, keçirilməlidir. Biz hələ o dövrdə deyilik ki, biz MİQ-siz ümumi ortalama ilə tələbələri işə qəbul edək. O idela cəmiyyət hələ formalaşmayıb.
Mpvcud iradlar nəzərə alınmalı və suallar tərtib olunmalı, suallar namizdələrin bilik və bacarıqlarına uyğuyn hazırlanmalıdır.