METBUAT.AZ

Ölkə

​Gənc dizayner Leyla Ramazanova istedadı ilə seçilənlərdən oldu -

13 iyl 2023 12:41

Dizayn insan xəyalının məhsuludur. Mövcud olmayanı reallaşdırmaq, zehnimizdə təsəvvür etmək, kreativ düşünmək bu sahədə önəmli nüansdır. Yaradıcıllığın müasir və daha dərin forması kimi dizaynerlik müasir dövrün tələbatıdır. Ölkəmizdə gənc və istedadlı dizaynerlərdən biri də Leyla Ramazanovadır.

2002-ci ildə Zaqatalada dünyaya göz açan Leyla Ramazanova Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında memarlıq, interyer dizaynı üzrə ali təhsil alıb. Öz istedadl ilə fərqlənən gənc dizayner həmin vaxt Almaniyanın Anhalt Universitetindən təklif alır. Təhsil illərində o müxtəlif yarış və müsabiqələrdə iştirak edərək mükafatlara layiq görülür. Gənc dizayner Azərbaycanda dizaynerlik sahəsinə hansı yenilikləri gətirə biləcəyilə bağlı İstituto Marangonin müxtəlif dizayn seminarlarında iştirak edir.

Hazırda İngiltərədə möhtəşəm bir layihədə yer alan Leyla Ramazanova eyni zamanda Bakıda reallaşacaq eksklüziv “Müasir dövr muzeyi” layihəsi üzərində çalışır. “Müasir dövr muzeyi”nin ideya müəllifi olaraq Leyla Ramazanova bildirdi ki, bu layihə özündə restonan və muzey ornamentlərini birləşdirəcək. Bəşər tarixinin birim eramizdan əvvəl, orta əsrlər və müasir dövrünü özündə birləşdirən möhtəşəm kompleks şəhərimiz üçün bir ilk olacaq.

Gənc dizayner Leyla Ramazanova, 2 iyul 2023-cü il tarixindəDreamland oteldə baş tutan “Global Golden People Awards 2023” mükafatlandırma mərasimində “The Young Architectural Designer”nominasiyasına layiq görülüb.


metbuat.az.