METBUAT.AZ

Hadisə

Gəncədə inzibati binada yanğın olub -

17 iyl 2023 11:21

Gəncədə inzibati binada yanğın olub.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, beşmərtəbəli inzibati binanın 4-cü mərtəbəsində ümumi sahəsi 6 m² olan elektrik otağında 1 ədəd elektrik lövhəsi yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


metbuat.az.