15 iyl 2023 12:36
Türkiyənin Gəncədəki Baş Konsulluğunda 15 iyul - Demokratiya və Milli Birlik Günü münasibətilə tədbir keçirilib.
Metbuat.az xəbər verir ki, konsulluqda baş tutan tədbirdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Rəcəb Öztop və ziyalılar iştirak edib. Konsull 15 iyul 2016-cı il hadisələrindən danışıb.
Bildirib ki hadisələr zamanı 251 vətəndaşın şəhid olduğunu, 2 mindən artıq şəxsin yaralanıb.
Baş konsulluq binasında şəhər ictimaiyyətinin nümayəndələrinin də iştirakı ilə davam edən tədbirdə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Həmin hadisələrdən ötən 7 il ərzində Türkiyənin hər bir sahədə daha da inkişaf edib gücləndiyi bildirilib.
Tədbirdə 15 iyul hadisələrini və Türkiyənin inkişafını əks etdirən videoçarxlar nümayiş olunub.