3 iyl 2023 16:36
Azərbaycan Mrəkəzi Bankının iyunun 24-də lisenziyasını ləğv etdiyi “Günay Sığorta” ASC kreditlorlarına müraciət edib.
Metbuat.az bu barədə İqtisadiyyat Nazirliyi yanın Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Müraciətdə deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti küçəsi, ev 75 C ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 11,1 milyon manatdır. Şirkətin səhmlərinin 49,9 %-i Yeganə Şirinovaya, 28,48 %-i Mahmud Məmmədova, 21,62 %-i isə ləğv prosesində olan "Günay Bank" ASC-yə məxsusdur. Bu il mayın 16-da Bankın lisenziyası ləğv olunduqdan sonra "Günay Sığorta"nın fəaliyyətində çətinliklər yaranmışdı.