4 iyl 2023 12:47
"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Günay Sığorta” ASC-nin qiymətli kağızları delistinq edilib.
Metbuat.az bu barədə BFB-yə istinadən xəbər verir.
BFB-nin listinq qaydalarına uyğun olaraq, delistinq haqqında qərar ictimaiyyətə açıqlandıqdan 2 ay sonra qüvvəyə minəcək, qiymətli kağızlar ticarətdən çıxarılacaq.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 24-də "Günay Sığorta" ASC-nin lisenziyasını ləğv edib. 14 avqust 2008-ci il tarixli, 042483 nömrəli lisenziya "Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq könüllü müraciət əsasında ləğv olunub.