METBUAT.AZ

İdman

Gürcü futbolçuya fantastik təklif

17 iyl 2023 14:52

“Napoli”nin futbolçusu Xviça Kvaratsxeliya üçün flaş transfer iddiası ortaya atılıb.

Metbuat.az xəbər verir ki, "Nyukasl Yunayted" Xviça Kvaratşeliya üçün "Napoli"yə təklif göndərib. Səudiyyə Ərəbistanı mətbuatının məlumatına görə, "Nyukasl Yunayted" 22 yaşlı sol cinah oyunçusu üçün "Napoli"yə 95 milyon avro təklif edib. Xəbərdə bildirilir ki, “Napoli” prezidenti Aurelio De Laurentiis sözügedən təklifi rədd etməyib. Klub rəhbəri hələlik yekun qərarını verməyib.

Qeyd edək ki, "Napoli"nin çempion olduğu mövsümdə A Seriyasında və Çempionlar Liqasında 43 oyun keçirən Xviça Kvaratsxeliya 14 qola və 17 məhsuldar ötürməyə imza atıb. "Napoli" 22 yaşlı futbolçunu Batumi "Dinamo"sundan 11,5 milyon avroya transfer edib.


metbuat.az.