13 iyl 2023 10:51
Gürcüstanda zəlzələ baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.
Yeraltı təkanlar saat 08:44-də ölkənin cənubunda yerləşən Samtsxe-Cavaxeti rayonundakı Eştia kəndində qeydə alınıb.
Silkələnmə 2,6 bal gücündə olub.
Dağıntı və ya itkilər barədə məlumat yoxdur.