METBUAT.AZ

Siyasət

Hakan Fidan Azərbaycanla bağlı beynəlxalq ictimaiyyətə

31 iyl 2023 14:37

“Azərbaycanın işğaldan azad edilən torpaqlarının yenidən qurulması və inkişafına dəstəyimiz davam edəcək”.

Metbuat.az xəbər verir ki, bunu Türkiyənin XİN rəhbəri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması məsələsində beynəlxalq səyləri dəstəkləyir. H.Fidan eyni zamanda beynəlxalq ictimaiyyətə müraciət edərək tərəflər arasında ayrı-seçkiliyə yol verməməyə, sülhü dəstəkləməyə çağırış edib.

Həmçinin Türkiyənin XİN rəhbəri Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətindən də danışıb və bunun bütün bölgə ölkələrinin xeyrinə olacağını qeyd edib.


metbuat.az.