METBUAT.AZ

Gündəm

Hakan Fidan Laçın yolunda baş verənlərə

31 iyl 2023 14:47

Türkiyə xarici işlər naziri Hakan Fidan Laçın yolunda baş verən hadisələrə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, bu barədə Hakan Fidan Ceyhun Bayramov ilə birgə mətbuat konfransı zamanı danışıb.

Türkiyəli nazir bildirib ki, Laçın yolu ilə bağlı Azərbaycana qarşı iddialar haqlı deyil:

“Tibbi keçid təmin edilir, humanitar yardımlar təmin edilir. Laçın yolu Azərbaycan torpağıdır və Azərbaycan hansı tədbiri istəsə, Laçında həyata keçirə bilər”, o deyib.



metbuat.az.