18 iyl 2023 14:36
Türkiyənin xarici işlər naziri Hakan Fidan və Rusiya xarici işlər naziri Sergey Lavrov telefonda danışıblar.
Metbuat.az türk mediasına istinadən xəbər verir ki, telefon danışığında "Taxıl sazişi" müzakirə edilib.
Həmçinin Rusiyanın Türkiyəyə meşə yanğınlarına qarşı mübarizədə yanğınsöndürən təyyarə göndərməsi barədə danışılıb.
Xatırladaq ki, iyulun 17-də Rusiya taxıl sazişinə xitam verdiyini elan edib. Rusiya XİN taxıl sazişinin dayandırılması ilə bağlı Ankara, Kiyev və BMT katibliyini rəsmən məlumatlandırıb.