METBUAT.AZ

Ölkə

Hava şəraiti ilə bağlı əhaliyə

10 iyl 2023 10:19

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün və sabah Bakı şəhəri və Abşeron yarımadasında külək əsəcəyi, arabir güclənəcəyi gözlənilir.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a bildirilib ki, yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladır.

Həmçinin, güclü külək baş verən yanğınların söndürülməsi əməliyyatını çətinləşdirdiyindən küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!


metbuat.az.