METBUAT.AZ

Hərbi

Həbs edilən Azərbaycan hərbçiləri ilə erməni diversantlar dəyişdirilə bilər?

7 iyl 2023 14:39

Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Azərbaycan dövlət sərhədini pozmaqda təqsirləndirilən Ermənistan vətəndaşları olan erməni hərbi qulluqçuları - Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Məhkəmənin hökmü ilə onların hər biri 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan əlavə, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin və 2003-cü il təvəllüdlü Axundov Hüseyn prelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Lakin Ermənistan məhkəməsi mayın 8-də Aqşin Bəbirovu 11,5 il müddətinə, Hüseyn Axundovu isə 20 il müddətinə azadlıqdan məhrum edib.

Bəs iki ölkə arasında hərbçilərin dəyişdirilməsi baş tuta bilərmi?

Metbuat.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, hərbçilərin dəyişdirilməsi halları dünyada çoxdur:

" Azərbaycanın iki əsgəri Naxçıvan bölgəsində hava şəraitinin məhdudluğu nəticəsində azıb erməni səhnələrin sərhədini keçib, ancaq buna baxmayaraq ermənilər onları cinayətkar kimi qələmə veriblər. Azərbaycan da bu məsələlər ilə məşğuldur. Əlbəttə, Azərbaycan dövləti öz əsgərini orada saxlayan deyil. Ancaq hazırda cinayət işi ilə bağlı müəyyən bir proseduralar var deyə həm Ermənistan daxili, həm ki beynəlxalq qurumların burada iştirakını nəzərə alsaq, bu məsələdə bir az gözləməli oluruq".


Onun sözlərinə görə, hərbçilərin dəyişirilməsi ilə bağlı yaxın zamanlarda konkret addımlar atıla bilər:

"Bu gün iki erməni diversantı da Azərbaycan tərəfindən həbs edilib. Bütün prosedur qaydaları qurtarandan sonra götür - qoy edib, uyğun şəkildə razılaşdırılmış şəkildə dəyişmə istisna olunmur. Bu istiqamətində indi proseslər gedir düşünürəm ki, nəticəsi məhz dəyişməklə nəticələnəcəkdir. Bu, gündəmdə olan bir məsələdir düşünürəm ki, yaxın zamanlarda bununla bağlı konkret hansısa qərarlar qəbul olunacaq".


metbuat.az.