METBUAT.AZ

Ölkə

Həftənin bu günləri parklanma

25 iyl 2023 12:43

Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmayacaq.

Metbuat.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli qərarı ilə təsdiqlənən və sabahdan qüvvəyə minən “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”ndə əksini tapıb.

Eyni zamanda nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş tam məbləğdə hesablanacaq. Fərdi parklanma talonu verilmiş şəxslər nəqliyyat vasitələrini yalnız talonda göstərilən parklanma ərazisində müəyyən olunmuş yerlərdə ödənişsiz əsaslarla saxlayacaqlar.


metbuat.az.