METBUAT.AZ

Sosial

Himayədar ailəyə verilmiş uşaqların tərbiyəsinə görə

12 iyl 2023 15:03

Himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinətin məbləği müəyyənləşib.

Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Sosial müavinətlərin məbləğinin artırılması haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, himayədar ailəyə verilmiş uşağa görə müavinətlər aşağıdakı kimi olacaq:

- 0–6 yaş arası uşağa görə – 355 manat, 7–13 yaş arası uşağa görə – 375 manat, 14–18 yaş arası uşağa görə – 395 manat;

Himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinətlər aşağıdakı kimi olacaq:

- 0–6 yaş arası uşağa görə – 395 manat, 7–13 yaş arası uşağa görə – 415 manat, 14–18 yaş arası uşağa görə – 435 manat.

Eyni zamanda himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət 200 manat olacaq.


metbuat.az.