30 iyl 2023 22:24
“Qalatasaray” Mauro İkardinin transferini yekunlaşdırıb.
Metbuat.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
“Sarı-qırmızılar” argentinalı hücumçu üçün PSJ-yə 4 il ərzində 10 milyon avro təzminat ödəyəcək.
30 yaşlı forvard “cim-bom”la 3 illik müqavilə imzalayıb. Onun illik maaşı 6 milyon avro olacaq.
İkardi son mövsümü icarə əsasında “Qalatasaray”da keçirib. O, komandanın heyətində meydana çıxdığı 26 matçda 23 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Yeri gəlmişkən, PSJ də heyətinə yeni qapıçı cəlb edib. Fransa nəhəngi “Barselona”dan Arnau Tenası transfer edib. Azad agent statusuna malik 22 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb. Tenas “Barselona”nın yetirməsi olsa da, Kataloniya klubunun əsas komandasında debüt qazanmayıb.