METBUAT.AZ

İdman

İlin ən yaxşı oyunçusu "Neftçi"yə keçməyə yaxındır -

29 iyl 2023 22:45

Bakının “Neftçi” futbol klubu ABŞ-də Böyük Futbol Liqasında (MLS) təmsil olunan “Şarlott” klubunda çıxış edən braziliyalı yarımmüdafiəçi Andre Bava Şinyaşiki heyətinə qatmağa hazırlaşır.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, Braziliyadan əlavə Yaponiyanın pasportuna sahib olan Şinyaşiki artıq “ağ-qara”ların düşərgəsinə qoşulmaq üçün ilkin razılığını verib.

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi Braziliyanın San-Paulu şəhərində anadan olub. Şinyaşikinin valideynlərindən biri yapondur. O, 18 yaşında Denver Universitetində təhsil almaq üçün ABŞ-yə köçüb və burada peşəkar futbolla məşğul olmağa başlayıb. Futbolçunun ilk peşəkar klubu “Kolorado Repidz” olub.

2022-ci ildə braziliyalı “Şarlott” klubuna transfer olub.

Futbolçu “Şarlott”un heyətində debüt matçında Devid Bekhemin sahibi olduğu “İnter Mayami” komandasına qol vurmaqla özünü tanıda bilib.

Beləliklə, “Neftçi” Andre Bava Şinyaşikini transfer etməklə “ağ-qaralar”ın düşərgəsini tərk edərək “Partizan”a keçən braziliyalı Mateus Saldanyanın yerini doldurmuş olacaq.


metbuat.az.