4 iyl 2023 11:59
Tvitterdə postlara məhdudiyyətlərin tətbiq edilməsinin səbəbləri barədə iddia ortaya atılıb.
Metbuat.az xəbər verir ki, “Bloomberg”in iddiasına görə, İlon Mask “Twitter Google Cloud”un xidmət haqqını ödəməyib. Buna görə də, quql tvitter tətbiqinə giriş məhdudiyyəti qoyub. İlon Maskın isə bu problemi “müvəqqəti baxış limiti” kimi təqdim edib. Ardınca isə ödəniş edilib. Qeyd edək ki, tvitter istifadəçiləri “İstifadə limiti aşıldı” bildirişindən sonra yeni postlara baxa bilməyib. İlon Mask, tvitlərə baxış limitinin qoyulduğunu bildirib.
"Biz tvitterdə müvəqqəti məhdudiyyətlər tətbiq etdik. Doğrulanmış hesablar gündə 6000 tvitə, təsdiqlənməmiş hesablar gündə 600 tvitə, yeni və təsdiqlənməmiş hesablar isə gündə 300 tvitə baxa biləcəklər", - Mask deyib.