METBUAT.AZ

Ölkə

İnsanlar yasdan çıxıb araq içməyə gedirlər -

21 iyl 2023 14:59

"Nə qədər ki, Azərbaycan xalqı var, təmtəraqlı, dəbdəbəli toylar həmişə olacaq. Biz ancaq toy edənə "mübarək olsun" deyə bilirik. Varlığa nə darlıq? Keçmişdə də belə olub, bəylərlə nökərin toyu bir-birindən çox fərqlənib, eyni səviyyədə olmayıb. İmkanı olmayanlar da borca-xərcə girib bunu edirlər. Etsinlər, nə deyə bilərik?".

Metbuat.az "Yenisabah.az"a istinadən bildirir ki, bu sözləri Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu deyib. O, toylarla bağlı dediklərinə əlavə edib:

"Nəsimi" filmində məşhur bir fraza var, deyilir ki, dünyada iki cür - kamil və cahil insan var. Nə qədər ki, cəmiyyətin əksəriyyəti cahil insanlardan ibarət olacaq, problemlər davam edəcək. İnsanlar kamil olmalı, sadə yaşamalıdır. Amma görünən odur ki, hələ buna çox var. Toylar və yaslar problemin bir hissəsidir. Bu gün yaslarımız da toylarımızdan geri qalmır. Bir tək içki verilmir. O da ki, insanlar yasdan çıxıb yaxınlıqdakı kafe-restoranda içirlər".


metbuat.az.